Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

DİN-dən sabiq nazirə cavab: Səbəbkar sahibidir

Baxılıb: 784     Tarix: 26-07-2018 16:48   

Azərbaycan vətəndaşlarının hazırda istifadə etdikləri pasportlar dünya standartlarına tam uyğundur.
Qanunvehedef.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov “Keyfiyyətsiz pasport problemini belə həll etmək olar sərlövhəli yazıda qeyd olunanlarla bağlı açıqlamasında deyib.
“Bizim pasportlar xarici dövlətlərdən birində istehsal olunur. İstər təhlükəsizlik, istər dizayn, istərsə də paspotun hazırlanmasında istifadə olunan materiallar hazırda bu sahədə mövcud olan bütün beynəlxalq tələb və standartlara uyğundur. Əgər bir müddətdən sonra pasportun rəngi dəyişirsə və ya vərəqləri əzilirsə, bunun səbəbkarı məhz onun sahibidir. Deməli, vətəndaş öz şəxsiyyətini təsdiq edən mühüm dövlət sənədi ilə - pasportla səliqəli davranmır və nəticədə sənədin rəngi də solur, üz qabığı da əzilir. Ona görə də vətəndaşlarımıza bir daha tövsiyyə edirəm ki, daşıdıqları bütün rəsmi sənədlərlə, o cümlədən paspotları ilə məsuliyyətli və səliqəli davransınlar. Belə olan halda pasportlarınız parlaq və şax qalacaq ki, bu da həm sizin əlavə xərcə düşməyinizin qarşısını alacaq, həm də ətrafınızdakıların sizə olan rəğbətini daha da artıracaq”, - DİN rəsmisi bildirib.
Qeyd edək ki, dünən Azərbaycanın sabiq xarici işlər naziri, siyasi ekspert Tofiq Zülfüqarov Oxu.az saytına son vaxtlar Azərbaycan vətəndaşları arasında tez-tez rast gəlinən keyfiyyətsiz xarici pasport probleminin həlli ilə bağlı açıqlama vermişdi.
Keçmiş XİN rəhbəri qeyd etmişdi ki, xarici pasportun üz qabığı korlansa da, o, hüquqi cəhətdən qüvvədə qalır və müvafiq qurumların bütün yoxlamalarından keçəcək. Pasportun şəkil, ad, soyad, doğum yeri və s. əks olunduğu informasiya hissəsinin aydın oxunması əsasdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar