Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Beynəlxalq Bankına daha bir baş direktor təyin edilib

Baxılıb: 1 038     Tarix: 03-08-2018 17:23   

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) yeni təyinat olub.
Bankdan “Report”a verilən məlumata görə, Nərgizxanım Aqşin qızı Biləndərli qurumun korporativ biznes üzrə baş direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan N.Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. O, indiyə qədər ABB-də, “Bank of Baku” ASC-də, ləğv prosesində olan “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində, son təyinata qədər isə “Bank VTB (Azerbaijan)” ASC-də çalışıb.



{sape_links}{sape_article}