Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanın daxili borcu 2 milyard manata çatacaq

Baxılıb: 843     Tarix: 25-08-2018 14:00   
2025-ci ildə Azərbaycanın daxili dövlət borcunun məbləği iki milyard manat təşkil edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da qeyd edilir.
Bildirilir ki, göstərilən dövrdə daxili dövlət borcunun ümumi daxili məhsula nisbəti 2,1 faiz, borc üzrə xidmət xərclərinin məbləği isə 146,8 milyon manat olacaq.
Sənədə görə, 2018-ci il üzrə Azərbaycanın daxili dövlət borcu 1,1 milyard manat, bu borca xidmət xərcləri isə 89,9 milyon manat proqnozlaşdırılıb.
Qeyd edək ki, 2018-ci il 1 yanvar tarixinə daxili dövlət borcunun 748,3 milyon manatını və ya 72,7 faizini dövlət istiqrazları, 52,7 milyon manatını və ya 5,1 faizini Mərkəzi Bank qarşısında öhdəliklər, 228,3 milyon manatını və ya 22,2 faizini isə daxili dövlət borcu sayılan şərti öhdəliklər təşkil edib.



{sape_links}{sape_article}