Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qatar xarab oldu, metroda sıxlıq yarandı

Baxılıb: 825     Tarix: 10-09-2018 12:39   

Qatarda yaranmış nasazlığa görə ümumi xətt üzrə 10 dəqiqə gecikmə olub. Nasazlığın səbəbi texniki baxışla müəyyən ediləcək.
Bu sözləri Qanunvehedef.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün qatarlar arasında yaranmış fasilənin səbəbləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, qatarda nasazlıq səhər saat 10:50 radələrində baş verib:
“Sahil” və “28 May” stansiyaları arasında nasazlıq olub. Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Təlimat tələbinə görə həmin qatar boşaldılıb, 20 dəqiqə ərzində xətdən çıxarılıb.
Yerinə yeni qatar buraxılıb. Ümumi xətt üzrə 10 dəqiqə gecikmə olub. Nasazliğın səbəbi texniki baxışla müəyyən ediləcək”.
Qeyd edək ki, bu gün qatarın nasazlığı səbəbindən stansiyalarda sərnişin sıxlığı müşahidə edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar