Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistan parlamenti Azərbaycana müharibə elan etdi

Baxılıb: 771     Tarix: 13-09-2018 11:55   

Ötən gün sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib.
Qanunvehedef.az virtualaz.org-a istinadla xəbər verir ki, bu qərar sentyabrın 11-də başlayan "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb.
"Ermənistan hökumətinin sentyabrın 12-də "Müharibə elan edilməsinin dəstəklənməsi barədə" təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və "Ermənistan Milli Məclisinin Nizamnaməsi"nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır"-qərarda belə deyilir.
"Şant-2018" hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri "planlı xarakter daşıyır" və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.
"Şant" təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması İrəvandakı indiki hakimiyyətin növbəti qızışdırıcı addımı sayılmalıdır.шаблоны для dle 11.2