Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yeni qatarlar istifadəyə verildi

Baxılıb: 1 278     Tarix: 23-04-2018 16:59   
 Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.
 Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.
O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".
N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: "Qatar son texnologiyalarla təmin edilib".
O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar