Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Səlim Müslümova vəzifə verilib? - Açıqlama

Baxılıb: 688     Tarix: 28-09-2018 11:32   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Qanunvehedef.az-a Milli Aviasiya Akademiyasından məlumat verilib. Bildirilib ki, eks-nazir sözügedən akademiyada saat hesabı ilə dərs keçir.
Qeyd edək ki, mətbuatda Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayılıb.
S.Müslümov iqtisad elmləri doktoru, professordur. 1987-ci ildə namizədlik, 2006-cı ildə isə (Kazanda, “Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” mövzusunda) doktorluq dissertasiyası müdafiə edib.
O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar