Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gəncə teraktı: 77 nəfər həbs edildi, 11 nəfər... - Qaralov

Baxılıb: 869     Tarix: 28-09-2018 11:36   

Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib:
"Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib".
Z.Qaralov əlavə edib ki, bu hadisədə əli olanlardan heç kim məsuliyyətdən kənarda qalmayacaq:
"Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".



{sape_links}{sape_article}