Milli Məclisin ilk plenar iclası BAŞLADI
Baxılıb: 772 Tarix: 01-10-2018 12:29
Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, sessiya öz işinə Azərbaycan dövlət himninin oxunması ilə başladı.
Milli Məclisin sədri Oqtay Əsədov deputatları yeni sessiyasının başlanması münasibəti ilə təbrik edərək deyib ki, bu il sentyabrda Azərbaycan parlamentinin 100 illik yubleyi ilə bağlı təntənəli yubley iclası keçirilib. Təntənəli yubiley mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev iştirak edərək, çıxış edib.
Dövlət başçısı parlamentin rolunu yüksək dəyərləndirib. O bildirib ki, Azərbaycan fəaliyyəti müddətində Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynayıb. Əsədov bildirib ki, Milli Məclisin yaz sessiyasında 16 iclas keçirilib, 231 qanun və qərar qəbul edilib. Payız sessiyası haqqında məlumat verən spiker deyib ki, ciddi məsələlər müzakirə olunacaq. Xüsusən də 2019-cu ilin dövlət büdcə paketi parlamentdə müzakirəyə çıxarılaraq qəbul ediləcək.
Qeyd edək ki, iclasın gündəliyinə 62 məsələ daxildir.
Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Normativ hüquqi aktlar haqqında", Aviasiya haqqında", "İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Standartlaşdırma haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Vəkil və vəkillik fəaliyyəti haqqında" və s. qanunlara dəyişiklik layihələridir.
Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.
Ən çox oxunanlar
Son xəbərlər