Qüdrət Şükürov işdən çıxarıldı, cinayət işi açıldı – Rəsmi
Baxılıb: 949 Tarix: 04-10-2018 15:21
Qüdrət Şükürov istefa məsələsinin həll ediləcəyi Bakı Lift-Təmir İstehsalat Birliyinin ümumi iclasına qatılmayıb.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Haqqin.az” saytı yayıb. Şükürovun hazırda ürəyində problemləri olduğu üçün Almaniyada müalicə aldığı vurğulanıb.
Məlumatda Eldar Əzizovun Qüdrət Şükürovun səlahiyyətlərinin müvəqqəti icraçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Departamentinin rəhbəri Xalid Ələkbərovu təyin etdiyi bildirilib. Ələkbərov tezliklə lift təsərrüfatında genişmiqyaslı dəyişikliklərin olacağını açıqlayıb.
Qeyd edək ki, az öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.
İki gün əvvəl Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb. BŞİH-nin mətbuat xidmətindən daxil olan məlumata görə, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılıb.
Artıq Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lift-Təmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı iş Baş Prokurorluğa göndərilib.
***
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Report-a bildirib ki, faktl üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ən çox oxunanlar
Son xəbərlər