Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev ABŞ rəsmisi ilə görüşdü

Baxılıb: 783     Tarix: 09-10-2018 16:53   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kenti qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərdiyi məktublarda Azərbaycan-ABŞ münasibətləri ilə əlaqədar ifadə etdiyi fikirlərə və xoş sözlərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunuldu, ölkəmizin Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi və ikitərəfli əsasda Əfqanıstan hökumətinə verdiyi dəstək yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi qeyd olunub.
Söhbət zamanı, həmçinin qeyri-neft sektoru, o cümlədən ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.шаблоны для dle 11.2