Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Deputatlar bu təklifə cavab tapa bilmədi" – Komitə sədri

Baxılıb: 799     Tarix: 16-10-2018 14:03   

Milli Məclisin bu gün keçirilən iclasında "Lotoreyalar haqqında" qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanunvehedef.az xəbər verir ki, layihə barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar:
"Belə ki, yeni dəyişiklikdə, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar".
Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar