Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur

Baxılıb: 873     Tarix: 23-10-2018 16:39   

Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur.
Qanunvehedef.az-ın məlumatına görə, bununla bağlı "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" Qanuna yeni 10.3-cü maddə təklif edilir.
Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.
Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.
Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.
"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar