Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakı metrosu gücləndirilmiş rejimə keçir

Baxılıb: 865     Tarix: 24-10-2018 15:36   

Oktyabrın 25-də Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Qanunvehedef.az-a qurumun mətbuat xidmətindən bildirilib.
B.Məmmədov bildirib ki, əməliyyat planına uyğun olaraq, "Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq: "Əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək".
Xatırladaq ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində Ağdamın "Qarabağ" komandası ilə Ukraynanın "Vorskla" komandaşı qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.



{sape_links}{sape_article}