Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa

Baxılıb: 785     Tarix: 06-11-2018 15:38   

Mən artıq süni pafosa, saxta ritorikaya tavanın dibində təzəcə yanıb-qurumuş yemək kimi baxıram. Hələ mətbəxi bürümüş bu yanıq iyinin iybilmə orqanlarımızla dözülməz uduşunu xatırlatmaq belə istəmirəm. Azərbaycan himni bizim dəyərimizdir, Konstitusiya ilə möhürü vurulmuş hüquqi atributdur və onun mətnini və musiqisini kimsə əvəzləmək istəmir, belə bir təşəbbüs də yoxdur və hətta belə bir təşəbbüslə çıxış etmək də anormallıq sayılmalıdır.
Kult.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Azərbaycan himni mətn və musiqi olaraq həm də bir sənət əsəridir, insan əməyinin, inellektinin məhsuludur:
“Himnin zövqlərə görə fərqli dəyərləndirilməsi, müzakirəsi aparıla bilər və bunu top-tüfənglə, vətənpərvərlik fışğırığı ilə qarşılamaq sadəcə səviyyəsiz hərəkətdir. Son günlər tez-tez rastıma çıxır həmin süni pafoslu, saxta ritorikalı cümlələr: "Himnimizə toxunmaq olmaz!", "Himnimizin bir hərfini belə dəyişmək olmaz!" və s. Əlbəttə, dövlət atributlarına qarşı duyarlılıq xoş bir hərəkətdir, buna ancaq sevinmək olar. Ancaq bunu süni pafossuz, saxta ritorikasız etmək olmazmı? Baxın, 1918-ci ilin oktyabrında bayrağımız başqa idi, ingilis işğal qüvvələri təkid etdi, dəyişməyə məcbur olduq. Gerbimizdə alovun rəmzinin yerinə "Allah" sözü yazıldı. İndiki himnimizin bəzi sözləri müasir dilimizin qaydalarına uyğunlaşdırılaraq dəyişdirilib, Üzeyir bəyin musiqisinə də əl vurulub, iki bəstəkar tərəfindən aranjiman edilib. İndi bütün bu dəyişikliklərə görə himnsevərlərdən etiraz əlaməti olaraq başını yaran, özünü yandıran kimsə varmı? Aşağıdakı formada deyilməsi üslub baxımından daha səmimi görünməzdimi: "Himnimizin mətninin və musiqisinin mahiyyətinə toxunmaq məqsədəuyğun deyil". Artıq dövr dəyişib, "başımı yararam", "özümü yandıraram", "başıma güllə vuraram" üslubundan uzaqlaşaraq insan ağlı ilə düzüb-qoşulan, icad edilən hər bir predmetin, eləcə də bu predmeti icad edən şəxslərin müzakirə oluna bilməsindən qətiyyən çəkinmək lazım deyil”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar