Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Zalım gəlib çıxdı və bayrağımız yüksəkdən endirildi - DEPUTAT

Baxılıb: 713     Tarix: 09-11-2018 15:36   

"Hər millətin, hər xalqın taleyində bayraq bayramı keçirtmək, bayrağı uca tutmaq, dövlət müstəqilliyinin ən böyük göstəricisi olan bayrağa sahib olmaq nəsib olmur. Üç rəngli bayrağımız dövlət müstəqilliyimizin tarixində Azərbaycan xalqına verilən ən böyük xoşbəxtlikdir. Bayraq xalqın azadlığının göstəricisidir, şərəf və ləyaqət tariximizin təsdiqidir".
Qanunvehedef.az-ın məlumatına görə, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.
Deputat deyib ki, üçrəngli Azərbaycan bayrağı millətin milli birliyinin simvoludur:
"Çünki bayraq altında bütün Azərbaycan xalqı birləşə bilir. Bayraq dövlətin hörmət və izzətinin izdihamıdır. Bu dövlətə, millətə və xalqa hörmət edən hər bir kəs üçrəngli bayrağımızın altında dayanır və Azərbaycanın Dövlət Himnini oxuyur. Ona görə də bayraq xalqımızın taleyi ilə bağlı olan məsələdir. Kimin dövləti varsa, onun bayrağı var. Azərbaycanın üçrəngli dövlət bayrağı tarixin çətin sınaqlarından çıxıb. Birinci dəfə bu bayraq nakam tale yaşadı. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti liderləri parlamentin açılışı günü üçrəngli bayrağımızı ucaltdılar. 1918-ci il mayın 3-ə qədər bu bayraq binanın üzərində dalğalandı. Amma atalarımızın gözəl misalı var ki, zalımların başı qarışanda, məzlum bildiyini edər. Zalım gəlib çıxdı, və bayrağımız yüksəkdən endirildi. Həmin dövrdə üçrəngli bayrağımız yerə endirilsə də, ancaq millətimizin qəlbində yaşadı, gənc nəsillərə ötürülə-ötürülə nəhayət ki, gəlib 1990-cı ilə çıxdı. Nəhayət, 1990-cı ildə də Ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımız Naxçıvanda dövlət səviyyəsində qaldırıldı. Fevralın 5-də isə Azərbaycan Ali Soveti bu bayrağı qəbul etdi".
F.İbrahimli qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenə də bu bayraq ucaldılıb:
"Bizim elə insanlarımız var ki, onlar bu bayrağın həsrətilə yaşayaraq dünyadan nakam köçüb. Görkəmli şairimiz Məhəmməd Hadi təsadüfən "yoxdur millətimin imzası bu imzalar içində" deyə yazmırdı ki! Bu gün dünyanın ən uca dalğalandığı Azərbaycanın hər bir vətəndaşı gur səslə deyə bilər ki, var millətimin xətti imzalar içində. Çünki bu gün Azərbaycanın "Ginnesin Rekordlar Kitabı"na düşən dünyanən ən uca bayrağı var. 2010-cu ilin may ayında "Ginnesin Rekordlar Kitabı" bunu qeydə alıaraq tarixə düşüb. Bu gün dünyanın ən uca bayrağı 162 metr hündürlükdə olan Azərbaycan bayrağıdır. Bu da millətimizin ucalığıdır. Bayraq hər zaman uca yerlərdə görünür. Qoyun bayrağımız əbədi dalğalansın. Fürsətdən istifadə edərək, mən də Dövlət Bayraq Günü münasibətilə bütün xalqımızı təbrik edirəm".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar