Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Hacıbala Abutalıbov Milli Məclisdə

Baxılıb: 825     Tarix: 13-11-2018 14:58   

Xəbər verdiyimiz kimi Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsi aparılır.
Qanunvehedef.az xəbər verir ki, İclasda baş nazir Novruz Məmmədov, baş nazirin müavini Hacıbala Abutalıbov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iştirak edir.
Qeyd edək ki, iclasın gündəliyinə 11 məsələ daxildir.
Bunlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələridir.
Həmçinin iclasda "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi (ikinci oxunuş), "Notariat haqqında" qanununun layihəsi də müzakirə olunacaq.
2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılacaq.
Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar