Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xaricdə təhsil alanların imtiyazları var - Nazir

Baxılıb: 800     Tarix: 21-11-2018 16:08   

Xaricdə təhsil üzrə dövlət proqramlarının məzunları ilə digər məzunlar arasında müəyyən qədər fərq var.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı xaricdə təhsil alan məzunların ölkədə iş imkanlarından qane olmamasından danışarkən deyib.
Nazir bildirib ki, həmin məzunların təhsil alması üçün dövlət kifayət qədər maliyyə sərf edib:
“Xaricdə təhsil alanlar üçün yerli ali məktəblərdə dövlət sifarişi əsasında təhsil alanlardan daha çox vəsait ayrılıb. Bununla yanaşı xaricdə təhsil alan məzunların dövlət müəssisələrində işə qəbulla bağlı imtiyazları var. Məsələn dövlət qulluğuna qəbulda onlar test mərhələsindən azaddır. Artıq 20-dən artıq xaricdə təhsil alan məzun Təhsil Nazirliyində işlə təmin edilib. Nazirlik olaraq xaricdə təhsil dövlət proqramının nəticələrindən çox faydalanmışıq. Xaricdə təhsil alanların xarici ölkələrə üz tutması halı da ola bilər. Bu istisna deyil”.
Nazir onu da vurğulayıb ki, Təhsil Nazirliyi hər il xaricdə təhsil alan məzunlarla bağlı onların ixtisaslarına uyğun nazirlik, mərkəzi icra hakimiyyətlərinə təkrar məlumatlar təqdim edir:
“Bəzən dövlət qurumları özləri müraciət edərək bu məzunlar barədə məlumat əldə edirlər. Xaricdə təhsil alan bir məzuna təklif edilən iş, əmək haqqı onu qane etmirsə, digər iş yerlərinə müraciət edə bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar