Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda yeni medal təsis edilir

Baxılıb: 927     Tarix: 22-11-2018 11:08   

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" medalı təsis olunur.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir.
Qanuna edilən əlavə ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" medalı təsis olunur.
Bu medalla 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən, ehtiyata (istefaya) buraxılan zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif olunurlar.
Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.



{sape_links}{sape_article}