Hökumətə verilən vaxt bitdi
Baxılıb: 986 Tarix: 27-11-2018 11:29
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 58 məsələ daxil edilib.
İclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri ikinci oxunuşda müzakirə ediləcək.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də hökumətə verdiyi vaxt başa çatıb. Bununla əlaqədar da hökumət üzvləri Milli Məclisin qarşısında hesabat verəcəklər.
İclasda Baş nazir Novruz Məmmədov, Baş nazirin müavinləri Hacıbala Abutalıbovun, Əli Həsənovun, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, iqtisadiyyat naziri Şahin Mustafayevin və digər hökumət üzvlərinin iştirakı gözlənilir.

Ən çox oxunanlar
Son xəbərlər