Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Deputat Prezidentin Ehtiyat Fonduna əlavə vəsait ayrılmasını təklif etdi

Baxılıb: 963     Tarix: 27-11-2018 13:16   

Deputat Novruzəli Aslanov Prezidentin Ehtiyat Fonduna əlavə vəsaitin ayrılmasını təklif edib.
Qanunvehedef.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Novruzəli Aslanov parlamentdə 2019-cu ilin dövlət büdcəsinin II oxunuşda müzakirəsi zamanı çıxış edib.
"Son zamanlar Azərbaycan iqtisadiyyatında inkişaf, dinamizm və artım müşahidə olunur. Hər bir dövlətin büdcəsi və maliyyə potensialı olmalıdır. Azərbaycanın da maliyyə potensialı güclüdür və günü-gündən artmaqdadır" .
O bildirib ki, büdcədə nəzərdə tutulan Prezidentin Ehtiyat Fonduna diqqət yetirilməli və imkanları daha artırılmalıdır.
"Çünki Prezidentin Ehtiyat Fondu özünün operativliyi, çevikliyi ilə seçilən maliyyə bazasıdır. Zəruri hallarda bu və ya digər sahələrə maliyyə vəsaitinin ayrılmasını təmin edir. Hər hansı layihənin reallaşmasında maliyyə çatışmazlığı, problem olmur. Ölkəmizdə sosial layihələrin həyata keçirilməsində Prezidentin Ehtiyat Fondunun xüsusi rolu var.
Son zamanlar cənab Prezident bölgələrə səfərində müxtəlif obyektlərin açılışında olur. Sakinlərin problemlərini şəxsən dinləyir".



{sape_links}{sape_article}