Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Leysan olacaq - SABAH

Baxılıb: 830     Tarix: 11-05-2018 13:13   
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qanunvehedef.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 19-23,  Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. 
 
 
Azərbaycanın rayonlarında mayın 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir. 
 
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bir qədər rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.  
шаблоны для dle 11.2