Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

Baxılıb: 839     Tarix: 24-08-2019 10:21   

2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın paytaxtı Manaquada baş tutan iclasında qəbul olunub. Mundial 11 – 13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq.
Çempionatdan öncə isə 2 – 7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da eyni məkanda keçiriləcək.
Qeyd edək ki, artıq bir neçə ildir irimiqyaslı beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan Gimnastika Federasiyanı qarşıda digər əhəmiyyətli turnirlər də gözləyir. Bu il 16 – 22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. 2020-ci ildə aerobika, 2021-ci ildə isə batut gimnastikası üzrə dünya çempionatı Bakıda təşkil olunacaq.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar