Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xorvatiya millisi Bakıya itki ilə gələcək

Baxılıb: 581     Tarix: 26-08-2019 13:46   

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiya milli komandası itki ilə üzləşib.
APA-nın məlumatına görə, Almaniyanın “Hoffenhaym” klubunda çıxış edən Andrey Kramariç sentyabrın 6-da Slovakiya, 9-da Azərbaycana qarşı keçiriləcək görüşlərdə iştirak edə bilməyəcək.
Buna təcrübəli hücumçunun zədəsi imkan verməyəcək. Xeyli müddətdir zədələrdən əziyyət çəkən A.Kramariç əməliyyat olunmaq məcburiyyətində qalıb.
Bunu futbolçunun özü açıqlayıb: “Sağ dizimdəki ağrılar qalmaqdadır. Daimi müalicələrin xeyri olmadı. Məsləhətləşmələrdən sonra cərrahi yolla həll etməyə qərar verdim. Artıq bu gün əməliyyat olacağam. Meydana qayıdacağım vaxtla bağlı proqnoz verə bilmərəm. Çünki əməliyyatdan sonra hər şey mümkündür”.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu Bakıda keçiriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar