Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək

Baxılıb: 575     Tarix: 30-08-2019 10:46   

Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri məlum olacaq. Püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək. Ümumilikdə 48 komanda 4 səbətdən çıxarılacaq. Ağdam komandası 3-cü səbətdə yer alacaq.
1-ci səbət: “Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), “Portu” (Portuqaliya), “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Beşiktaş” (Türkiyə), “Bazel” (İsveçrə), “Sportinq” (Portuqaliya), MOİK (Moskva, Rusiya), “Volfsburq” (Almaniya), “Latsio” (İtaliya)
2-ci səbət: PSV (Hollandiya), “Krasnodar” (Rusiya), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), “Braqa” (Portuqaliya), “Gent” (Belçika), “Borussiya” (Mönxenqladbax, Almaniya), “Yanq Boyz” (İsveçrə), “Astana” (Qazaxıstan), “Lüdoqorets” (Bolqarıstan), APOEL (Kipr), “Ayntraxt” (Frankfurt, Almaniya)
3-cü səbət: “Sent-Etyen” (Fransa), “Qarabağ” (AZƏRBAYCAN), “Feyenoord” (Hollandiya), “Xetafe” (İspaniya), “Espanyol” (İspaniya), “Malmö” (İsveç), “Partizan” (Serbiya), “Standard” (Lyej, Belçika), “Vulverhempton” (İngiltərə), “Renn” (Fransa), “Rusenborq” (Norveç), “İstanbul Başakşehir” (Türkiyə)
4-cü səbət: AZ (Alkmaar, Hollandiya), “Vitoriya” (Gimaraynş, Portuqaliya), “Trabzonspor” (Türkiyə), “Aleksandriya” (Ukrayna), “Düdelanj” (Lüksemburq), LASK (Avstriya), “Volfsberq” (Avstriya), “Slovan” (Bratislava, Slovakiya), “Luqano” (İsveçrə), “Reyncers” (Şotlandiya), ÇFR (Kluj, Rumıniya), “Ferentsvaroş” (Macarıstan)
Mərasim zamanı Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusunun adı da açıqlanacaq.
Qeyd edək ki, oyunlar 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar