Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Qarabağ” “Neftçi”ni zirvədən saldı

Baxılıb: 533     Tarix: 25-09-2019 11:44   

Azərbaycan Premyer Liqasının V turunda əlamətdar hadisə qeydə alınıb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib.

1992-ci ildən keçirilən yarışın cədvəlində uzun illər lider olan “Neftçi” ilk pilləni əldən verib. Zirvəyə Premyer Liqada son 6 mövsümün çempionu “Qarabağ” yüksəlib.

V turda “Zirə”ni 3:1 hesabı ilə yenən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda – 782 matç keçirən “Neftçi” isə bir xal geri qalır.

Qeyd edək ki, “Qarabağ” 782 oyunda 439 qələbə qazanıb, 179 heç-heçə edib və 164 dəfə uduzub. “Neftçi” isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar