Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

FİFA-da böyük qalmaqal: Messini kim seçib?

Baxılıb: 608     Tarix: 27-09-2019 13:23   

Argentinalı hücumçu Lionel Messinin sentyabrın 23-də FİFA versiyası üzrə “Ən yaxşı oyunçu” adına layiq görülməsindən sonra qurum ətrafında söz-söhbətlər səngimək bilmir.
Qanunvehedef.az xəbər verir ki, nəticələrin elan olunmasından bir neçə gün sonra artıq ilk şikayətlər səsləndirilməyə başlayıb.
Nikaraqua millisinin kapitanı Xuan Barrera və jurnalist Şeyx Tofiq Syenu nəticələrin hesablanması zamanı yol verilmiş səhvlərdən danışıblar. Belə ki, Barrera əslində FİFA-nın saytında göstərildiyi kimi Messiyə səs vermədiyini açıqlayıb. FİFA isə futbolçunun iddiasını təkzib edib.
Jurnalist Şeyx Tofiq Syenu isə Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiçin də Messiyə səs vermədiyini bildirib və müvafiq sənədin fotolarını paylaşıb.
Səsvermə ilə bağlı daha bir maraqlı məqam Misirdə baş verib. Belə ki, Misir millisinin ulduzu Məhəmməd Salah ölkənin futbol qurumu rəsmilərinin ona səs vermədiyini öyrəndikdən sonra sosial şəbəkə hesabından milli komanda ilə bağlı xatırlatmaları yığışdırıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar