Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Real” Çempionlar Liqasının qalibi olub

Baxılıb: 707     Tarix: 27-05-2018 10:55   

Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.
Ardıcıl iki il Avropanın ən güclüsü olan “kral klubu” bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib.
Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb.
“Real”ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb.
UEFA Çempionlar Liqası
Final
26 may
“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:1
Qollar: Benzema, 51, Beyl, 64, 83 – Mane, 55
Baş hakim: Milorad Maziç (Serbiya)
Kiyev, Olimpiya stadionu



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar