Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Azərbaycanda oynasam, oranın himnini oxuyaram" - Acun

Baxılıb: 384     Tarix: 23-09-2019 12:57   

“Fənərbağça”nın almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Superliqasının 6-cı turunda “Qalatasaray”la səfər matçında Türkiyə himnini oxuması müzakirə mövzusuna çevrilib.

Qol.az xəbər verir ki, "Beyaz TV"də yayımlanan "Beyaz Futbol Proqramı" verilişində şərhçi Sinan Engin Kruzeyə istiqlal marşını Acun Ilıcalının öyrətdiyini deyib. Digər şərhçi Ahmet Çakar isə Almaniya millisinin sabiq üzvünün bu hərəkətini hokkabazlıq adlandırıb.

Bundan sonra məşhur aparıcı Acun canlı yayıma qoşularaq etirazını bildirib: "Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qara dərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Ancaq buna görə biri mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam sabah, o biri gün Almaniyaya gedəcək və Türkiyədən danışacaq.  Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi?”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər