Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Qarabağ" "Fənərbaxça"nın futbolçusunu alır

Baxılıb: 930     Tarix: 01-02-2020 10:04   

"Fənərbaxça" klubunun futbolçusu Alper Potuk karyerasını Azərbaycanda davam etdirə bilər.
"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycanın "Qarabağ" klubu 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır.
Artıq tərəflər arasında danışıqların baş tutduğu və bəzi məsələlərdə razılıq əldə olunduğu bildirilib. Xəbərdə Ağdam təmsilçisinin bu transferi gerçəkləşdirməsi üçün təzminat haqqını ödəyə bilməyəcəyi və bu səbəbdən də türkiyəli futbolçunu icarəyə götürmək istədiyi yazılıb. "Fənərbaxça" klubu Alperi "Rizəspor"a icarəyə vermək istəsə də, futbolçunun özünün "Qarabağ"da oynamaq istədiyi vurğulanıb.
Qeyd edək ki, 2013-cü ildən "Fənərbaxça"da çıxış edən Alper Potuk keçirdiyi 152 oyunda 12 qol vurub.



{sape_links}{sape_article}