Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Güləşçilərimizdən Avropa çempionatında böyük uğur: 1 qızıl, 2 bürünc

Baxılıb: 698     Tarix: 12-02-2020 11:18   

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.
Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.



{sape_links}{sape_article}