Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Azərbaycanda mənə və həyat yoldaşıma çox yaxşı münasibət var idi"

Baxılıb: 699     Tarix: 26-02-2020 12:43   

“Sabah”ın sabiq futbolçusu Rocer Roxas paytaxt klubundan ayrılmasından danışıb.

Qol.az xəbər verir ki, honduraslı hücumçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, ancaq Kolumbiya klubundan gələn təkliflə “Sabah”dan ayrılmalı olduğunu deyib:
“Azərbaycanda mənə və həyat yoldaşıma çox yaxşı münasibət var idi. Onların adət və qaydalarına uyğunlaşdıq. Bizim üçün fövqəladə bir təcrübə oldu. Sonra Tolimadan yanıma gəldilər. “Deportes Tolimo”nun prezidenti Hernan Torres mənə zəng edərək vəziyyətim barədə soruşdu. Mən Azərbaycan klubu ilə danışdım və şükürlər olsun ki, ayrılmaq istəyimi başa düşdülər”.

Qeyd edək ki, Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub. O, ötən ilin dekabrında Kolumbiyanın “Deportes Tolimo” klubuna keçib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar