Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azad Rəhimov koronavirusdan danışdı

Baxılıb: 825     Tarix: 27-02-2020 13:38   

Gənclər və İdman naziri Azad Rəhimov koronovirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gətirib.
Oxu.Az -ın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusla əlaqədar hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq:
"Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərar qəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub.
Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi, beş aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq".



{sape_links}{sape_article}