Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Messi azərbaycanlının ölümünə səbəb olacaqdı

Baxılıb: 687     Tarix: 17-06-2018 15:23   

Moskvada Ərəstun Rüstəmov adlı azərbaycanlı intihara cəhd edib.
Musavat.com-un məlumatına görə, Rusiya paytaxtının “Dubrovka” metrostansiyası yaxınlığında eyni adlı bazarda xırda ticarətlə məşğul olan Ə.Rüstəmov futbol üzrə dünya çempiontının dünən keçirilən Argentina-İslandiya oyununa bukmeker kontorunda pul yatırıb.
Argentinanın qələbəsinə 100 min rubl (təxminən 2850 manat) pul yatıran həmyerlimiz, oyunun heç-heçə bitməsindən sonra evdən çıxıb. Yaxınlıqdakı parkda özünə qəsd etmək istəsə də, həmyerliləri bunun qarşısını alıblar.
Məlumata görə, 100 min rublu o, bazarda icarə haqqını ödəmək üçün borc alıbmış. Bazarda icarəyə də 300 min borcu varmış.
Qeyd edək ki, həmin matçda ulduz futbolçu Leo Messi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişdi və matç 1-1 hesabı ilə başa çatmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar