Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qurbanov püşkatmadan danışdı: Çətin rəqib düşdü

Baxılıb: 788     Tarix: 19-06-2018 19:21   

 Çox çətin rəqiblə qarşılaşacağıq.
APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun feysbuk səhifəsinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Q.Qurbanov bildirib ki, Sloveniya çempionu “Olimpiya”nı güclü rəqib hesab edir: “Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.
Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar