Xəbər lenti
18/09/2024 [11:59]
Ölkəmizə payız gəlir
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Qarabağ" bu qapıçını almaq istəyir - 300 min avro...

Baxılıb: 645     Tarix: 02-07-2018 11:06   

“Qarabağ” qapıçı axtarışlarını davam etdirir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Ağdam klubu məhz bu ölkədən qolkiper almaq niyyətindədi.
 
Azərbaycan çempionunun növbəti hədəfi “Verona”nın “dəri əlcək” sahibi Nikolas Andradedi. 30 yaşlı futbolçunun meneceri Joao Santos da xəbəri təsdiqləyib və tərəflər arasında danışıqların aparıldığını vurğulayıb. Bildirilir ki, “Qarabağ” bu keçid müqabilində B seriyası təmsilçisinə 300 min avro təklif edib.
 Lakin Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək ağdamlılar danışıq zamanı problemlə üzləşiblər. Braziliyalı qolkiperin meneceri “Verona”nın şərtlərinin ağır olduğunu deyib: “İtaliya klubu Nikolasın gələcəkdə transferindən 50 faiz qazanc götürmək niyyətindədi. Ancaq “Qarabağ” çətin ki, bu şərtlə razılaşsın”.
 
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində iki qapıçısı – İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb. 2010-cu ildən “Verona”ya məxsus olan Nikolas Andradenin isə klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar