Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xorvatiya millisində ciddi itki

Baxılıb: 754     Tarix: 09-07-2018 13:08   

Xorvatiya milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək.
İdmanxeber.com-un məlumatına görə, səbəb 26 yaşlı müdafiəçinin Rusiya ilə 1/4 final matçında zədələnməsidir. Sol dizindən xəsarət alan Vrsalkonun dəqiq bərpa tarixi yaxın günlərdə müəyyənləşəcək.
Daha bir müdafiəçi İvan Striniç və hücumçu Mario Mancukiçdə isə hematoma aşkarlanıb. Vəziyyətlərinin ciddi olub-olmadığının müəyyənləşdirilməsi üçün onlar xəstəxanada həkim müayinəsindən keçəcəklər.
Qeyd edək ki, Xorvatiya Rusiyanı penaltilər seriyasında (əsas vaxt - 1:1, əlavə vaxt - 1:1) üstələyib - 4:3. İngiltərə ilə oyun iyulun 11-də "Lujniki" stadionunda keçiriləcək. Digər yarımfinal qarşılaşmasında Fransa ilə Belçika görüşəcək. Final matçı isə iyulun 15-də olacaq.   



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar