Xəbər lenti
Arxiv
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Ronaldu "Real" azarkeşlərinə məktub yazdı

Baxılıb: 745     Tarix: 11-07-2018 11:30   

"Yuventus" ilə 4 illik müqavilə bağlayan Kriştianu Ronaldu 9 ildir çıxış etdiyi Madridin "Real" klubunun azarkeşlərinə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Real" və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burada aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.
Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Bu mənim qərarımdı və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.
Bu, möhtəşəm, unikal 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki "Real"da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 "Qızıl top", 3 "Qızıl buts" əldə etdim.
Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. "Real" mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və "Santyaqo Bernabeu" daim mənim olacaq. 9 il öncə dediyim kimi "Yaşasın Madrid".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar