Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İslamiadada bədii gimnastika: Azərbaycan idmançılarının mükafatları (FOTO)

Baxılıb: 653     Tarix: 15-08-2022 10:10   

Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışların qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə Azərbaycan yığmasının fərdi proqramda - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətləri üzrə komandada - Daria Sorokina, Kamilla Əliyeva, Lyaman Əlimuradova, Güllü Ağalarzadəni, Elizaveta Luzan, Zeynəb Hümmətova iştirak edib.
Bugünkü yarışların nəticələrinə görə, Zöhrə Ağamirova halqa ilə proqramda "gümüş", topla hərəkətdə "bürünc", gürzlərlə proqramda "qızıl", lentlə kompozisiya üzrə "qızıl" medala layiq görülüb.
Komanda beş halqa ilə qrup hərəkətində gümüş, üç lent və iki topla hərəkətdə isə qızıl medal qazanıb.
Həmçinin dünənki yarışlarda Azərbaycan komanda hesabında qızıl medal qazanıb. Mükafatı fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova qazanıblar. Bununla yanaşı, bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan komandası çoxnövçülükdə (iki hərəkətin cəmi) "qızıl" qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar