Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Qarabağ" Avropa Liqasında nə qədər pul qazanacaq? - Milyonlarla avro

Baxılıb: 255     Tarix: 26-08-2022 14:17   

UEFA Avropa Liqasında mübarizə aparacaq Ağdamın "Qarabağ" klubunun qrup mərhələsində rəqibləri bu gün müəyyənləşəcək.
BAKU.WS xəbər verir ki, "köhlən atlar" püşkatmaya 2-ci səbətdən qatılacaq.
Təmsilçimizin UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması kluba ilkin mərhələdə 3,63 milyon avro qazandırıb. "Sports.ru"nun yazdığına əsasən, bu il turnirin ümumi mükafat fondu 465 milyon avro təşkil edəcək.
Avropa Liqasında çıxış edəcək "Qarabağ" klubu qrup oyunlarında hər qələbəyə görə 630 min avro, heç-heçəyə görə isə 210 min avro gəlir əldə edəcək. Əgər Ağdam təmsilçisi qrup birincisi olmağı bacararsa, əlavə 1,1 milyon avro, ikinci olarsa isə 500 min avro qazanacaq.
Pley-off ödənişləri:
1/16 finala vəsiqə: 0,5 milyon avro
1/8 finala vəsiqə: 1,1 milyon avro
1/4 final: 1,5 milyon avro
1/2 finala vəsiqə: 2,4 milyon avro
Finala vəsiqə: 4,5 milyon avro
UEFA Avropa Liqasının qalibi: 4 milyon avro.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar