Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Günay erməni rəqibinə qalib gəldi

Baxılıb: 562     Tarix: 30-08-2022 09:03   

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Qanunvehedef.az xəbər verir ki, Məmmədzadə 9-cu turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.
Ülviyyə Fətəliyeva lider Monika Soçko (Polşa) ilə heç-heçə edib. Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla müvafiq olaraq 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar