Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mahir Emreli və Momo Yansane “Qarabağ”a gəlir?

Baxılıb: 526     Tarix: 31-08-2022 15:29   

İbrahima Vadjinin gedişindən sonra ön xəttə futbolçu transferini sürətləndirən “Qarabağ” yeni futbolçularla danışıqları davam etdirir.
 Qanunvehedef.az xəbər verir ki, Ağdam klubunun bu günə qədər iki transfer istəyi alınmayıb.
Belə ki, Avropa Liqasında ölkəmizin təmsilçisi əvvəlcə sabiq futbolçusu Mahir Emrelini Zaqreb “Dinamo”sundan icarəyə götürmək istəyib. Bunun üçün cəhd edən “Qarabağ” qarşı tərəflə anlaşa bilməyib. Bir çox məsələlərdə razılığa gəlməyən klublar arasında danışıqlar dayandırılıb.
Daha sonra ağdamlılar Moldova “Şerif”inin üzvü Momo Yansanenin keçidini həll etməyə çalışıb. Tərəflər arasında danışıqlar əvvəlcə uğurlu alınıb. Yansane də oynamaq üçün Ağdam klubuna keçidə razılıq verib. Lakin sonradan tam anlaşma əldə edilmədiyi üçün 25 yaşlı qvineyalı forvardın “Qarabağ”a keçidi baş tutmayıb.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov isə “Qafqazinfo”ya açıqlamasında bunları deyib: “Mahir Emreli məsələsi hazırda gündəmdə deyil. Yansane transferinə gəlincə, hər hansı rəsmi transfer olsa, rəsmi açıqlama veriləcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar