Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şok qərar! 400 milyonluq futbolçular transferə çıxarıldı

Baxılıb: 783     Tarix: 28-04-2018 17:49   
 

Tottenhem" rəhbərliyi gözlənilməz qərar qəbul edib.
Qanunvehedef.az fanat.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın 4 ulduz futbolçusunu satışa çıxarıb.
Belə ki, "Tottenhem" 26 yaşlı Viktor Vanyamanı, 27 yaşlı Danni Roseni, 29 yaşlı Tobi Alderveyreldı və 30 yaşlı Musa Dembeleni satmaq niyyətindədi. Klub bu futbolçuların satışından 170 milyon funt-sterlinq (təxminən 400 milyon manat) qazanmaq niyyətindədi.
Qeyd edək ki, "Tottenhem" Vanyamanı 2016-cı ildə "Sautqempton"dan 14.4 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"ın 30milyon avro qiymət qoyduğu kenyalı yarımmüdafiəçi cari mövsümdə 20 oyuna çıxaraq 1 qol vurub.
Rosen 2007-ci ildə "Lids"dən London klubuna 1 milyon avroya transfer olunub. "Transfermarkt"ın 30 milyon avro qiymət qoyduğu Yamayka əsilli ingiltərəli sol cinah müdafiəçisi cari mövsümdə cəmi 14 rəsmi matça çıxıb.
Alderveyreld 2015-ci ildə "Atletiko"dan 16 milyon avroya alınıb. "Transfermarkt"ın 40 milyon avro qiymət qoyduğu belçikalı stoper cari mövsümdə keçirdiyi 18 rəsmi matçda bir qol ötürməsi verib.
"Tottenhem" Dembeleni 2012-ci ildə "Fulhem"dən 19 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 18 milyon avro qiymət qoyub. Belçika millisinin Mali əsilli yarımmüdafiəçisi bu mövsüm 38 rəsmi matçda forma geyinib.шаблоны для dle 11.2