Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Zalsburq"un futbolçusu Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb

Baxılıb: 818     Tarix: 09-08-2018 14:17   
Əliyar Ağayevin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Zalsburq" - "Şkendiya" oyunundakı (3:0) idarəçiliyi birmənalı qarşılanmayıb.

Qol.az-ın Avstriya mətbuatına istinadən yaydığı xəbərə görə, meydan sahiblərinin yarımmüdafiəçisi Zlatko Yunuzoviç  FİFA referimizin 83-cü dəqiqədə ona 2-ci "sarı"dan qırmızı vərəqə göstərməsini haqsız qərar hesab etdiyini bildirib:

"Qırmızı vərəqə həqiqətən lazımsız idi. İlk epizodda isə "sarı" yox idi. Çünki simulyasiya etməmişdim, mənə qarşı qayda pozulmuşdu. İkinci sarı vərəqə isə oyun ərzində yol verdiyim yeganə qayda pozuntusundan sonra göstərildi. Halbuki həmin epizodda ciddi bir şey yox idi, "sarı" verməmək olardı".

Qeyd edək ki, "Zalsburq"un 3:0 hesabı ilə qalib gəldiyi oyunda Yunuzoviçi meydandan qovan Ə. Ağayev 16-cı dəqiqədə isə "Şkendiya"nın qapısına penalti təyin edib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar