Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Keşlə" Ramiz Məmmədova görə cəzalandı

Baxılıb: 646     Tarix: 29-08-2018 15:30   
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun 2-ci turunun oyunları zamanı baş verən hadisələr də müzakirə olunub və müvafiq qərarlar verilib.
Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ-2” – “Turan Tovuz” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Neftçi-2” – “Sabah-2” matçının 66-cı dəqiqəsində qonaq komandanın məşqçisi Alim Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 80 manat cərimə olunub.
“Keşlə-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Bundan başqa, oyunun 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb,  klub 320 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun icraçı direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır sanksiya gözləyir.
Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi müvafiq olaraq, oyunun hakimi və hakim-inspektoru haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırmalıdır.шаблоны для dle 11.2