Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Azərbaycan güclü və aqressiv komandadır" - Kosovonun baş məşqçisi

Baxılıb: 662     Tarix: 04-09-2018 12:32   

"Mən bu komandada təkcə Millətlər Liqası üçün yox, həm də gələcək üçün çalışıram. Kosovonu 2 yaşlı körpə də adlandırmaq olar. Amma o, daim böyüyəcək və yaxşı gələcəyi olacaq".

Qol.az-ın Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandanın baş məşqçisi Bernard Şalland deyib. UEFA Millətlər Liqasının yığmamızla oyunu üçün Bakıya səfər öncəsi mətbuat konfransı keçirən isveçrəli mütəxəssis heyətdəki problemlərə toxunub:

"Bizi narahat edən əsas məsələ müdafiəçilərimizin öz klublarında oynamamasıdır. Ona görə də təlim-məşq toplanışında hər bir oyunçunu diqqətlə izləyib, əsas heyətə layiq olanı meydana buraxmaq istəyirik. Digər tərəfdən, yoldaşlıq oyunlarındakı nəticələrə aldanmaq olmaz. Bu, bizim üçün təhlükəli ola bilər".

67 yaşlı çalışdırıcı sentyabrın 7-də Bakıda millimizlə keçiriəcəkləri oyundan danışıb: "Azərbaycan güclü və aqressiv komandadır. Hesab edirəm ki, bu qrupda birinci yeri tuta bilərlər. Ona görə də ehtiyatlı olmalıyıq. Mərhəmət hissindən söhbət gedə bilməz, Bakıda mümkün olan hər şeyi edəcəyik".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 20:00-da başlayacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar