Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanlı idmançı xaricdə faciəvi şəkildə öldü

Baxılıb: 744     Tarix: 08-09-2018 12:27   
Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az bundan öncə maşın vurub. Modern.az xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib. Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.
Hal-hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.



{sape_links}{sape_article}