UEFA Millətlər Liqasının ikinci turuna start veriləcək
Baxılıb: 577 Tarix: 09-09-2018 14:39

Günün ən maraqla gözlənilən matçı “A” liqasında baş tutacaq. Rusiyada keçirilən dünya çempionatının qalibi olan Fransa yığması doğma meydanda Hollandiya komandası ilə üz-üzə gələcək. Qarşılaşma 22:45-də başlayacaq.
“C” liqasının 3-ci qrupunda yer alan Bolqarıstan yığması Norveç seçməsini qəbul edəcək. Qrupun digər oyununda Sloveniya millisi səfərdə Kipr yığmasının qonağı olacaq. Bu qrupun ilk turunda Norveç doğma meydanda Kipr millisini (2:0), Bolqarıstan seçməsi isə Sloveniya yığmasını səfərdə məğlub ediblər (2:1).
Azərbaycan millisini yer aldığı “D” liqasının 4-ci qrupunda Makedoniya yığması Ermənistan seçməsini, Lixtenşteyn millisi isə Cəbəllütariq komandasını qəbul edəcəklər. Bu qrupun ilk turunda Makedoniya yığması Cəbəllütariq seçməsini səfərdə (2:0), Ermənistan isə öz meydanında Lixtenşteyn millisini məğlub ediblər (2:1). Həmin liqanın 1-ci qrupunda Latviya millisi Gürcüstan seçməsinin qonağı olacaq.
“B” liqasının 4-ci qrupunda Danimarka millisi Uels yığmasını qəbul edəcək.
Xatırladaq ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib. Azərbaycan seçməsi növbəti oyununu sentyabrın 10-da səfərdə Malta yığmasına qarşı keçirəcək.
Ən çox oxunanlar
Son xəbərlər