Xəbər lenti
Arxiv
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəzərin sahilində gözlənilən çempionluq – REPORTAJ

Baxılıb: 670     Tarix: 30-04-2018 15:43   

Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasında güləş üzrə böyüklər arasında Avropa çempionatına rəsmən start veriləcək.
Qanunvehedef.az-ın Dağıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) yunan-Roma güləşi üzrə yarışlar start götürəcək.
Əvvəlcə onu bildirək ki, türkiyəli baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə millimiz ayın 28-dən yarışın keçirildiyi Kaspiysk şəhərindədir. Yığmamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək.
Belə ki, məşqçilər korpusu Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.
Komanda “Kaspi” sanatoriyasında qalır. Xəzər dənizinin sahilində yerləşən bu sanatoriya Kaspiysk şəhərindən avtomobillə getdikdə, yarım saatlıq məsafədə yerləşir. Bütün iştirakçı komandalar qeyd etdiyimiz sanatoriyada məskunlaşıb, qidalanma və məşqləri də məhz bu məkanda qarşılanır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar