Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şeydayevdən azarkeşlərə çağırış: Ehtiyacımız var...

Baxılıb: 596     Tarix: 05-10-2018 17:21   

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev “Qarabağ” klubunun hücumçusu Mahir Mədətova dəstək olub.
Qanunvehedef.az xəbər verir ki, milli futbolçu öz Feysbuk səhifəsindən azarkeşlərə səslənib.
O, azarkeşlərdən Mahir Mədətovu yalnız buraxmamalarını istəyib:
“Salam dostlar! Azarkeşlərimizə səslənmək istəyirəm. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Milli oyunçumuz Mahir Mədətov əvəzlənəndə bəziləri onu fitə basdılar. Nəyə görə? Niyə?
O bizim oyunçumuzdur, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridir. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. O sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun. Sonda qazanan Azərbaycan olacaq.
Hər kəsin çətin dövrləri olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularımıza hörmətlə yanaşaq. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstəyinizə ehtiyacımız olur. Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!”
Qeyd edək ki, dünən Avropa Liqasının ikinci turu çərçivəsində “Arsenal”la “Qarabağ” arasında keçirilən oyunda Mahir Mədətov əvəzlənərkən azarkeşlərin bir qismi onun oyununa etiraz olaraq, fitə basıblar.шаблоны для dle 11.2